Venesuelada iğtişaşlar zamanı 25 nəfər öldü

DÜNYA 25 fev 2019, 08:35

Venesuelanın Bolivar ştatında fevralın 23-də baş vermiş iğtişaş zamanı 25 nəfərdən çox insan ölüb.

 

“Report” TASS-a istinadən xəbər verir ki, bunu deputat Romel Qusaman deyib.

 

"Fevralın 23-də Santa-Elena-de-Uayren rayonunda 25-dən çox adam ölüb", - deyə o bildirib.

 

Deputatın sözlərinə görə, mülki əhalinin etirazlarının yatırılmasında Milli Qvardiya döyüşçülərinin uniformasını geyinən dustaqlar iştirak ediblər.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top