Yaponiya ABŞ hərbi bazasını ölkədən çıxarır - REFERENDUM

DÜNYA 24 fev 2019, 20:23

Bu gün Yaponiyanın Okinava prefekturasında ABŞ hərbi bazasının köçürülməsi ilə əlaqədar referendum keçirilir.

 

Bütün prefektura ərazisində 300-dən artıq seçki məntəqəsi yerli vaxtla səhər saat 7:00-da açılıb. Seçicilər ABŞ dəniz piyadalarının Futenmadakı bazasının Naqo şəhərindəki Henoko rayonuna köçürülməsinə münasibət bildirməlidirlər.

 

Referendumun nəticələri heç bir hüquqi qüvvəyə malik olmayacaq. Lakin prefektura rəhbərliyi bununla mərkəzi hökumətə və ABŞ rəhbərliyinə yerli əhalinin məsələyə münasibətini çatdırmaq istəyir.

 

Referendumun nəticələrinin hesablanmasına axşam saat 8:00-da - məntəqələr bağlandıqdan sonra başlanacaq.

 

Mərkəzi hökumətin mövqeyinə görə, bazanın köçürülməsi əhalinin sıx yaşadığı Qinovan rayonu üçün buradakı texnikanın təhlükəsizliyini azaltmaq baxımından yeganə düzgün variantdır.

 

Okinava rəhbərliyi isə bunun əleyhinə çıxış edir və bazanın ümumiyyətlə prefekturadan köçürülməsini istəyir.

 

Xatırladaq ki, ABŞ-ın Yaponiyadakı hərbi obyektlərinin 70 faizi bu prefekturada yerləşir.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top