Məzahir Pənahov Moldovadakı seçkiləri izləyir

HADİSƏ 24 fev 2019, 16:57

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Milli Məclisin deputatı Sabir Hacıyev Moldovada keçirilən parlament seçkilərini müşahidə edir.


Demokrat.az xəbər verir ki, Məzahir Pənahov bu gün keçirilən səsvermə prosesini Moldovanın paytaxtı Kişineudakı seçki məntəqələrində, Sabir Hacıyev isə Qaqauziya ərazisində yerləşən məntəqələrdə izləyir.


Qeyd edək ki, Moldovada keçirilən parlament seçkilərində 4 mindən çox yerli və xarici müşahidəçi müşahidə aparır. 2141 seçki məntəqəsində keçirilən səsvermə yerli vaxtla 21:00-da başa çatacaq.
 

Moldova sakinləri 101 deputatı seçmək üçün səs verir.(teleqraf.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top