Hindistanda alkoqoldan ölənlərin sayı 98 nəfərə çatdı

DÜNYA 24 fev 2019, 14:56

Hindistanın şimal-şərqində keyfiyyətsiz alkoqoldan zəhərlənərək ölənlərin sayı 98 nəfərə çatıb.

 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi bildirib.

 

Məlumatla görə, hadisə zamanı azı 200 nəfər xəstəxanalara çatdırılıb. Qeyd edilir ki, ölənlər arasında qadınların sayı çoxdur. Həlak olanlar əsasən Assam ştatının çay tarlalarının işçiləridir. Zərər çəkənlər tərkibində metanol olan mayedən istifadə ediblər. Hadisə ilə bağlı alkoqolu istehsal edən müəssisənin sahibi və daha dörd nəfər saxlanılıb.

 

Daha əvvəl zəhərlənmə zamanı 89 nəfərin öldüyü, 50 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top