"Qarabağı azad edənədək bu cür mitinqlər mütəmadi keçirilməlidir" — Şuşanın icra başçısı

GÜNDƏM 24 fev 2019, 15:27

Fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki Lüksemburq meydanında dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə izdihamlı Ümumavropa Qarabağ mitinqi keçirilib.

 

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin üzvü Bayram Səfərov Modern.az-a baş tutan aksiyanın siyasi baxımdan mühüm əhəmiyyətə malik olduğunu bildirib:

 

“Bu mitinqi və onun təşəbbüskarlarını alqışlayıram. Amma bu davamlı xarakter almalıdır. Biz Qarabağ naminə birliyimizi bütün dünyaya göstərməliyik”.

 

B.Səfərov bu cür mitinqlərin rayonlarımızın işğal günlərində də davamlı keçirilməsini təklif edib:

 

“Qarabağı azad edənədək bu cür mitinqlər mütəmadi keçirilməlidir. Dünya Azərbaycan həqiqətlərini eşitməlidir artıq!”

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top