“Donald Trampı bir az əyləndirərik…” — İran xarici işlər naziri

SİYASƏT 23 fev 2019, 19:29

“ABŞ İranın neft ixracına qarşı sanksiyalarını bir qədər də sərtləşdirsə, onları təəccübləndirə bilərik”.

“Report” xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İsveçrənin “Basler Zeitung” nəşrinə müsahibəsində bildirib.

“Bunu hansı üsulla edəcəyimizi demirəm. Donald Tramp sürpriz həvəskarı olduğuna görə onu bir az əyləndirərik”, – deyə o qeyd edib.

Nazir beynəlxalq ictimaiyyəti İranla münasibətlərində, ilk növbədə, öz mənafelərini əsas götürməyə, ABŞ-ın Çinlə də ticarətə qadağa qoysa, mümkün nəticələri götür-qoy etməyə çağırıb.

M.Zərif Avropa ölkələrinin İranla ticarət aparmaq üçün ABŞ sanksiyalarından yayınmaq məqsədilə tətbiq etdiyi İNSTEX tədiyyə mexanizmini də yarımçıq adlandırıb.

O, sanksiyaların xarici şirkətlərin ölkəyə gəlişini əngəllədiyini, halbuki İranın daha çox xarici sərmayələrə möhtac olduğunu vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top