"İşğalçılıq siyasətinə son qoyulmasa, Ermənistanın perspektivi yoxdur" — Xocalının deputatı

SİYASƏT 23 fev 2019, 18:30

“ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətindən konkret nəticələr gözləyirik”.


Demokrat.az xəbər verir ki, bu fikrləri Milli Məclisin Xocalıdan təmsil olunan deputatı Elman Məmmədov deyib.


O qeyd edib ki, Minsk qrupu həmsədrlərinin bugünlərdə regiona etdikləri səfər ictimaiyyətin diqqət mərkəzindədir.


Milli Məclisin deputatı həmsədrlərin prinsipiallıq göstərmədiyini sözlərinə əlavə edib:


“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik missiyası beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Amma həmsədrlər bu məsələdə prinsipiallıq göstərmirlər”.


Elman Məmmədovun sözlərinə görə, münaqişə o zaman sülh yolu ilə həll oluna bilər ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri yerinə yetirilsin və həmsədrlər prinsipiallıq göstərsinlər:


“Eyni zamanda, Ermənistanın yeni hakimiyyəti də anlamalıdır ki, işğalçılıq siyasətinə son qoyulmasa, bu ölkənin perspektivi yoxdur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top