Mehriban Əliyevadan Zəhra ilə bağlı MÖHTƏŞƏM ADDIM — Hədiyyə göndərdi (FOTOLAR)

MARAQLI 23 fev 2019, 17:28

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlını təbrik edib, ona yarışlar zamanı uğurlu çıxışlarına və göstərdiyi vətənpərvərliyə görə hədiyyə göndərib.


Demokrat.az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Fondundan məlumat verilib.


Heydər Əliyev Fondunun nümayəndələri bu gün Zəhra Salmanlıya kompüter və Fondun müxtəlif nəşrlərini təqdim edib.


Qeyd edək ki, 5-ci sinif şagirdi Zəhrə Salmanlı turnirin keçirildiyi zalda Azərbaycan bayrağının Ermənistan bayrağının altında asılmasına etirazını bildirib və təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə, yarışda iştirak etməyəcəyini deyib. Zəhranın tələbindən sonra Azərbaycan bayrağının yeri dəyişdirilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top