Həbib öz ətrini buraxdırdı - FOTO

İDMAN 23 fev 2019, 11:23

Rusiyalı qarışıq əlbəyaxa döyüş növləri ustası, yüngül çəkidə hazırda UFC çempionu titulunu daşıyan Həbib Nurməhəmmədov öz ətir brendini yaradıb.

 

Bu haqda məlumat “MMA TeamDagestana” adlı Twitter hesabında yayılıb.

 

“The Eagle” ticarət nişanı ilə buraxılan ətrin ilk flakonları fevralın 23-dən Moskvada satışa çıxarılacaq.

 

Xatırladaq ki, Konor Makqreqor üzərində qələbədən sonra Həbib Nurməhəmmədov eyni zamanda “Khabib Time” adlı avtobioqrafik kitabını buraxmışdı.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top