Hindistanda spirtli içkidən ölənlərin sayı 50-yə çatdı

DÜNYA 23 fev 2019, 09:00

Hindistanın şimal-şərqində keyfiyyətsiz spirtli içkidən zəhərlənmə nəticəsində azı 50 nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü yerli polis nümayəndəsinə istinadən "Associated Press" məlumat yayıb.

Bildirilir ki, daha 50 nəfərə yaxın şəxs zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Polisin məlumatına görə, zəhərlənənlər əsasən Assam ştatındakı çay plantasiyalarının işçiləri olublar. Onlar tərkibində metanol olan keyfiyyətsiz likyor qəbul ediblər. İşçilər maaş almaqlarını qeyd edirlərmiş.

Spirtli içkini hazırlayan müəssisə sahibi və daha 4 nəfər saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top