Meşə fonduna məxsus torpaqlar sahibkarlara icarəyə veriləcək

SOSİAL 22 fev 2019, 21:19

"Meşə fondunun əkinə yararlı açıq sahələrində meyvə bağlarının salınması üçün torpaqların sahibkarlara uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulur".


Demokrat.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.


Onun sözlərinə görə, bununla bağlı ETSN tərəfindən təkliflər paketi hazırlanıb, həmin paketlər sahibkarlara təqdim ediləcək. Təkliflər paketində hər bir regionun bitmə şəraiti, torpağın tərkibi, relyefi, əkin sxemi verilməklə hansı ağac növlərinin əkilməsinin tövsiyə olunduğu göstərilib. Sahibkarlardan sadəcə həmin ərazilərdə meyvə bağların salınması üçün sərmayə qoyulması tələb olunacaq.

 

Mütəxəssislər tərəfindən ağaclara qulluq haqqında da məlumatlar veriləcək.

 

S.Salmanov bildirib ki, Azərbaycanda meşə ərazisində 21 min ha ərazidə meyvə bağları salınacaq. Nazirlik rəsmisi qeyd edib ki, aqrobağların salınması işlərin ə 2017-ci ildən başlanılıb və artıq 5 min ha ərazidə aqrobağ salınıb.

 

S.Salmanov deyib ki, 2021-ci ilə qədər Azərbaycanın meşə təsərrüfatında geniş ərazilərdə aqro bağların salınması nəzərdə tutulur. Aqrobağlarda qoz, fındıq, şabalıd, nar, tut, şaftal, gülüş, ərik, sitrus bitkiləri, zeytun, albalı, alma, armud ağaclar əkilir və bu işlər davam etdiriləcək.

 

Demokrat.Az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top