Ramil Usubov yeni rəis təyin etdi

SOSİAL 22 fev 2019, 20:53

Balakən rayon Polis şöbəsinə yeni rəis təyinatı olub.

 

Demokrat.Az report-a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri Ramil Usubov əmr imzalayıb.

 

Əmrə əsasən, Mehman Əliyev Balakən rayon Polis şöbəsinə rəis təyin edilib.

 

Qeyd edək ki, M.Əliyev bu təyinatadək Abşeron rayon Polis idarəsinin rəis müavini olub.

 

Demokrat.Az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top