Bakı məktəblisi erməni rəqibinə qalib gəlib qızıl medal qazandı — FOTOLAR

HADİSƏ 22 fev 2019, 11:54

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranda keçirilən idman yarışında Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib.


İdarəsən “Report”a verilən məlumata görə, hadisə turnirin keçirildiyi məkanda baş verib.


Z.Salmanlı Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib. Bayraq fərqli və daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli karate idman növü üzrə bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Qeyd edək ki, rəqibləri arasında erməni idmançını da məğlub edən Zəhra Salmanlı sonda qızıl medal və diplomla təltif olunub.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top