“Əcəb edib pulu elə vermişəm” — Mətanət qalmaqallı hərəkətindən DANIŞDI - VİDEO

ŞOU-BİZNES 21 fev 2019, 23:52

Xalq artisti Könül Xasıyevanın sosial şəbəkələrdə müzakirələrə səbəb olan videosu yayılıb.  Görüntülər müğənni Mətanət Əsədovanın ad günündə lentə alınıb.  Müzakirəyə səbəb olan məqam isə, Mətanət İsgəndərovanın  sənətçiyə uzatdığı 200 manatı əlində yellədərək təqdim etməsidir. 


Əksəriyyət bunu sənətçiyə dəstək yox, sədəqə uzatmaq anlamında qəbul edir. Buna görə də müğənninin hərəkəti ciddi tənqid hədəfi olub.


Məsələ ilə bağlı “Yeni Sabah” Mətanət Əsədova ilə əlaqə yaradıb. Müğənni açıqlaması zamanı Könül Xasıyevaya pulu axırda verdiyini bildirib: 


 “Birinci pulu başqa müğənnilər təqdim etdi. Ən birinci elə dostumuz Vasif Məhərrəmli  verdi, sonra digərləri. Amma mənim daşım başlarına düşüb. Əcəb edib pul vermişik, yaxşı etmişik. Bundan başqa nə deyə bilərəm? Sənətkara pul verərlər də.. Sənətkarı xalq yaşadar. Pulu təqdim etmə formam tənqid olunub. Nə etdim ki? Pulu ayağımla verməli idim?”.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top