Xətainin keçmiş icra başçısına Prezident Administrasiyasında yüksək vəzifə verildi — EKSKLÜZİV

HADİSƏ 21 fev 2019, 23:11

Bu yaxınlarda Prezidentin Sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Razim Məmmədova yüksək vəzifə verilib. 


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Razim Məmmədov bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub. 


Təyinatın bu gün olduğu deyilir. 


Qeyd edək ki, 52 yaşlı Razim Məmmədov Prezident İlham Əliyevin 13 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. İcra başçısı olduğu dövrlərdə Razim Məmmədov daim sakinlərin böyük narazılıqları ilə tez-tez gündəmə gəlib. Hətta, onun adı bir çox biznes məsələlərində hallanıb. 


Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top