Cəbhədə GƏRGİNLİK — Düşmənin pilotsus təyyarəsi məhv edildi (FOTOLAR)

HADİSƏ 21 fev 2019, 17:25

ATƏT-in Minsk qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib.


Bu barədə Demokrat.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Nazirlikdən bildirilib ki, fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.


Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top