Vüsalə Mahirqızının yeni agentliyini kim maliyyələşdirir? — Yüksək MAAŞ TƏKLİF EDİLİR

GÜNDƏM 21 fev 2019, 16:08

Ötən il fəaliyyətini dayandırmış APA-nın bazası əsasında yaradılan yeni xəbər agentliyinin – ONA-nın (Online News Agency) kollektivinin formalaşdırılması prosesi bitmək üzrədir.


“AzPolitika”ya daxil olan məlumata görə, Vüsalə Mahirqızının yaxınlarda fəaliyyətə başlayacaq yeni proyektinin maliyyə büdcəsi hətta APA-nın büdcəsindən də artıqdır. Bu da kollektivin yenidən formalaşdırılması prosesinin sürətlə aparılmasına imkan verib. 


“ONA-nın kollektivinin 80-90 faizi artıq formalaşdırılıb”, – məlumatlı mənbə bildirib.


Əldə etdiyimiz məlumata görə, V.Mahirqızı APA-nın əvvəlki kollektivinə keçmişdə olduğundan daha yaxşı maaş təklifləri verməklə yanaşı digər agentlik və saytların təcrübəli əməkdaşlarını da kifayət qədər yüksək əməkhaqqı vədi ilə yeni proyektinə cəlb etmək istəyir. “Təklif olunan maaş Azəbaycan standartlarının çox-çox üstündədir”, – mənbə deyir.


Qeyd edək ki, Vüsalə Mahirqızının yeni proyektinin arxasında hansı qüvvənin dayandığı hələ ki, məlum deyil. Bəzi mənbələr ONA-nın da Kəmaləddin Heydərov tərəfindən maliyyələşdiriləcəyini və onun nəzarəti altında olacağını iddia etsələr də, bu inandırıcı deyil. K.Heydərovun hazırki siyasi və maliyyə vəziyyəti, ən əsası, APA-nın bağlanmasının əsl səbəbi belə bir ehtimalı istisna etməyə əsas verir. 

 

Related image


Digər tərəfdən, işin içində K.Heydərov olsaydı, yeni agentlik yaratmağa ehtiyac yox idi – APA bərpa olunardı. 


Çox böyük ehtimalla, bu agentlik “yeni komandanın” media sektoruna daha dərindən nüfuz etmək istəyinin təzahürüdür.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top