Ukraynada parka Müslüm Maqomayevin adı veriləcək

DÜNYA 20 fev 2019, 21:56

Ukraynanın paytaxtı Kiyevdə parklardan birinə Azərbaycanın opera və estrada müğənnisi, Xalq artisti Müslüm Maqomayevin adı veriləcək.

 

Demokrat.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası qərar verib.

 

Qeyd olunub ki, M.Maqomayevin adı şəhərin Seçevıe Streltsı küçəsi ilə Vyaçeslav Çornovil prospektinin kəsişməsindəki, "Kiyevskaya Rus" kinoteatrının yaxınlığındakı bağa veriləcək.

 

Bu qərar Azərbaycanın Ukraynadakı səfirliyinin təklifi əsasında qəbul edilib.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top