Milli Şuranın 23 fevral mitinqinə icazə verilmədi — RƏSMİ

HADİSƏ 20 fev 2019, 20:26

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın fevralın 23-də keçirmək istədiyi mitinqə icazə verməyib.


Demokrat.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, meriyanın imtina məktubu bir qədər əvvəl təşkilatçılardan İbrahim İbrahimli və Rövşən Əhmədliyə təqdim olunub. 


Bu dəfə də mitinqə "yox” cavabı verilməsinin səbəbi eynilə yanvarın 19-da icazə verilmiş mitinqdən sonra baş verən asayiş pozğunluğu, o cümlədən sözügedən mitinqdən sonra 200-dən artıq ayrı-ayrı təşkilat və vətəndaşların mitinqə icazə verilməməsi üçün etdiyi müraciətlər, habelə Bakı şəhər Baş Polis İdarəsinin eyni məzmunlu xahişi olub. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top