"Mənə və universitetə qarşı şər və böhtan atanları məhkəməyə verəcəm" — Kamal Abdulla

GÜNDƏM 20 fev 2019, 18:55

Bir neçə müddətdir Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullaya qarşı saytlarda, internet portallarında onun vəzifələrindən azad etdiyi əməkdaşları tərəfindən ciddi ittihamlar səsləndirilir. 


Demokrat.az xəbər verir ki, ADU-dakı dekan vəzifəsindən azad edilən Vüsala Ağabəyli və Pərvin Mürsəlova Kamal Abdullaya qarşı ittihamlar səsləndirərək rektoru öz adamlarına vəzifə verməkdə, həmçinin yaxın dostunun qızına yüksək post verməkdə günahlandırıb.


Səsləndirilən İttihamlarla bağlı açıqlama verən rektor Kamal Abdulla bu ittihamları qəbul etmədiyini, ona və universitetə qarşı qara yaxan, şər atan şəxsləri məhkəməyə verəcəyini bildirib.


“Siz onlardan soruşun nə istəyirlər məndən? İsrarlı şəkildə universitetin dekan vəzifəsinə qayıtmaq istəmək nə deməkdir, onlardan soruşun. Vüsalə Ağabəyli universitetdən işdən çıxarılmayıb müəllim kimi fəaliyyətini davam etdirir. İndi qiyməti siz verin… Mən bundan sonra mənə və universitetə qarşı şər və böhtan atam adamları, saytları, portalları məhkəməyə verəcəyəm. İnşallah da məhkəməni ədalət naminə udacayıq və udduğumuz pulu, təzminatı da tələbələr arasında paylayacayıq.”


“Onlar məni ittiham edirlər ki, mən dostumun qızını işə götürmüşəm. Çərkəz Qurbanlını tanımayan yoxdur. Onun kim olduğunu, vaxtiylə nə işlər gördüyünü hamı bilir. Onun qızı da çox istedadlı, savadlı qızdır. Ona qarşı həmin dekan tərəfindən ədalətsizlik edilib, biz də bu ədalətsizliyi aradan qaldırmaq istəyəndə bu olaylar ortaya çıxıb. Mənim əmrimlə bu adam işdən azad edilib. Yeni dekan da seçki ilə keçirilir və təyin edilir. Dediyim kimi qərara gəlmişik ki, biz məhkəməyə verəcəyik. Məhkəmə nə qərar verəcək, cinayət işi olacaq, ya inzibati qaydada olacaq ona məhkəmə qərar verəcək.


Bu adamlar işlərində ciddi nöqsanlara yol veriblər. Bilirsiz, açıq dərs nə deməkdir? 90 dəqiqə davam edən açıq dərsdə 10 dəqiqə oturub, sonra da buna mənfi qiymət verilməlidi deyib, daha sonra da açıq dərs keçirən adamın özü olmadan ona necə müzakirə edib qiymət verilə bilər? Bu adam Çərkəz müəlimin qızına qarşı bu addımları atıb. Mən də bu qərarı ləvğ etmişəm. Ona ən yüksək qiyməti versə də yenə ləvğ edəcəkdim. Çünki, açıq dərsi aparan adam bu proslərdə iştirak etməyib. İşdən çıxarılan dekana töhmət vermişəm başlayıb bizi saytlarda hədələməyə. Bütün bu proseslərə görə, əvvəllər də işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. Əmrdə də yazılıb ki, hansı qüsurlarına görə işdən çıxarılıb. İndi dekanın ittiham etdiyi müdafiə şurası, müəllimlər, universitet onu məhkəməyə verir cavab versin.”


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top