Bakı metrosunda gərgin ANLAR: 58 yaşlı kişi öldü

HADİSƏ 20 fev 2019, 10:33

Bir neçə dəqiqə əvvəl Bakı metrosunda ölüm hadisəsi baş verib.

 

Demokrat.Az "Qafqazinfo"- ya istinadən xəbər verir ki, Nəriman Nərimanov stansiyasında 1961-ci il təvəllüdlü Zaqatala rayon sakini Ömərov Hidayət Şaban oğlu qəfil özünü pis hiss edib. 

 

Təcili Tibbi Yardım əməkdaşları gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, Hidayət Ömərov ürəktutmadan vəfat edib. 

 

H. Ömərovun həyat yoldaşı və bacısı da yanında olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top