Bakıda qaçqınların məskunlaşdığı evlərdə yanğın – VİDEO

HADİSƏ 20 fev 2019, 10:14

Bakı şəhəri, Sabunçu rayonunda yerləşən məcburi köçkünlərin məskunlaşdığı evlərdə yanğın baş verib.

 

Demokrat.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə məlumat verilib.

 

Verilən məlumata görə, Zabrat qəsəbəsi ərazisində birmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

 

Əraziyə baxış zamanı məlum olub ki, bir-birinə bitişik tikilmiş, arakəsmə divarları taxta konstruksiyalardan olan 4 tikilidə (məcburi köçkünlərin məskunlaşdığı) yanğın baş verib.

 

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top