Rusiyaya poçt bağlaması göndərənlərə 30 faiz vergi qoyuldu

SOSİAL 19 fev 2019, 22:57

“Rusiya poçtu” dünyanın istənilən ölkəsindən Rusiya  ərazisinə daxil olan beynəlxalq  bağlamalara 30 faiz vergi qoyub. Bu verginin ödənişi isə poçt göndərişi gömrüyə daxil olanda həyata keçiriləcək.  

 

Bu barədə “Azərpoçt” məlumat yayıb.

 

Federal gömrük xidməti 500 avrodan çox dəyəri olan gömrüyə daxil olan göndərişlərin  1/3-i məbləğində dövlət rüsumu ödənilmədiyi təqdirdə onların  buraxılmasına icazə verməyəcək.

 

Əgər Rusiya sakini müəyyən vaxt müddətində dövlət rüsumunu hər hansı səbəblərə görə ödəməzsə, gömrük bağlamanı onu göndərən ölkəyə geri qaytaracaq.

 

Bundan başqa, maksimum çəkiyə görə məhdudiyyət artıq dəyişdirilib, yəni 31 kq. limit qoyulub. Bu limit keçildiyi təqdirdə, hər bir əlavə 1 kq üçün 4 avro ödənilməlidir.

 

Beləliklə, başqa ölkələrdən hər hansı artıq çəkili əşyanın alınıb, Rusiyaya çatdırılması əsla sərfəli deyil.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top