Azərbaycan və Çeçenistan arasında görüş — Zabit Səmədov və Polad Bülbüloğlu EYNİ MASADA

HADİSƏ 19 fev 2019, 18:28

Rusiyanın paytaxtı Moskva şəhərində "Prezident hotel"də Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilir.


"Report"un Rusiya bürosu xəbər verir ki, görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, diplomatik korpusun əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri və Çeçenistan Respublikasının Moskvadakı daimi nümayəndəsi Bekxan Taymazaxanov iştirak edirlər.


Görüşdə Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident müzakirə olunur.


Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı ölən və xəsarət alanlar olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top