Eyni anda iki dövlət qurumunda Aparat rəhbəri işləyən məmur — Səhiyyə Nazirliyinin KOBUD SƏHVİ

SOSİAL 19 fev 2019, 11:25

Xəbıər verdiyimiz kimi, bu il fevralın 4-də Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə Zəkiyyə Mustafayeva AQTA-nın Aparat rəhbəri təyin edilib.


Demokrat.az xəbər verir ki, bu vəzifəyədək Zəkiyyə Mustafayeva Səhiyyə Nazirliyinin Aparat rəhbəri kimi çalışıb. 


Təəccüblüsü odur ki, təyinatından 15 gün ötməsinə baxmayaraq, Zəkiyyə Mustafayeva hələ də Səhiyyə Nazirliyinin saytında Aparat rəhbəri kimi göstərilir.

 

Görünür, Nazirliyin məsuliyyətsizliyi və işə qeyri-peşəkar yanaşması nəticəsində Zəkiyyə Mustafayeva iki dövlət qurumunda eyni vəzifəni daşımaq "şansı" qazanıb. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top