"Əli Kərimli, Gültəkin Hacıbəyli alçaq hərəkətlə məşğuldurlar" — Qurban Məmmədovdan xalqa MÜRACİƏT

GÜNDƏM 18 fev 2019, 21:41

İngiltərədə mühacir həyatı yaşayan vəkil Qurban Məmmədov xalqa müraicət edib.


Demokrat.az sözügedən müraciəti təqdim edir:


"Əli Kərimli, Gültəkin Hacıbəyli məni şəriət dövləti yaratmaqda ittiham eləmişdilər ki, İngiltərə məni versin İlham Əliyevə. Məni İngiltərə hökümətində almağın tək bir yolu var. O da İngiltərə dövlətini inandırsınlar ki, mən şəriət dövləti yaratmaq istəyirəm. Guya, mən terrorçuyam. Bax bunlar belə alçaq hərəkət ilə məşğuldurlar.

 

Image result for qurban məmmədov

 

Mən sizə subut elədim ki, bu adamlar müstəqil deyillər. Müstəqil olsaydılar, üzr istiyərdilər məndən. Bunlar ya müstəqil deyillər ya da tərbiyəsi yoxdur. Hər 2 halda uzaqlaşmalıdır proseslərdən. Tərbiyəsizin gəlib hakimiyyət də oturması təhlükədir millət üçün. Mən buradan AXCP-nin, AXC-nin, yəni Azərbaycan Xalq Cəhbəsinin sonradan AXCP, Klassik AXCP və sair ad altında təşkilatlara qoşulan bütün insanlara müraciət edirəm. Musavat Partiyasının sıravi üzvlərinə müraciət edirəm. Dostlar, inanın mənə bu günə qədər aparılan liderlərin siyasəti kökündən yanlış olub və hakimiyyət ilə razılaşdırılmış siyasət olub.

Mən sizə müraciət edirəm: toparlanın, gəlin evimizi yenidən inşaa eliyək. Gəlin yenidən o “AXC” vaxtında olduğu kimi bir bayraq altında yığışaq. Cəhbəçilər, Musavatçılar liderlərinizin umuduna qalsanız, Allaha and olsun ki, heç bir çıxış yolunuz olmuyacaq sizin".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top