Azərbaycan Cənubi Afrika Respublikasının qoyunçuluq təcrübəsini öyrənir

MARAQLI 18 fev 2019, 22:28

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Cənubi Afrika Respublikasında (CAR) səfərdədir. 


Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Demokrat.az-a bildiriblər ki, səfərdə məqsəd CAR-ın heyvandarlıq, xüsusilə qoyunçuluq sahəsi üzrə təcrübəsinin öyrənilməsidir.


Fevralın 22-dək davam edəcək səfər zamanı nümayəndə heyəti bu ölkədə “Dorper” cinsli qoyunların yetişdirilməsi və Azərbaycana idxalı ilə bağlı məsələləri də müzakirə edəcəklər. 


Nümayəndə heyətinin tərkibinə Nazirlik Aparatının və “Aqrolizinq” ASC-nin nümayəndələri daxildir.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top