Azərbaycanda bu vulkanın püskürəcəyi gözlənilir — VİDEO

HADİSƏ 18 fev 2019, 09:57

Ölkənin ən təhlükəli vulkanlarından biri olan Bozdağ-Qobu vulkanı bu il ərzində püskürə bilər.


Demokrat.az xəbər verir ki, bu barədə “Xəzərxəbər”ə Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyev deyib.


O bildirib ki, vulkan püskürərsə yaxınlıqda yaşayan sakinlər üçün təhlükə yarana bilər. Elə buna görə də bəzi sakinlər indidən mənzillərini satışa çıxarıb.


Belə ki, Şamaxıda zəlzələnin baş verməsi Bozdağ-Qobu vulkanının da püskürmə ehtimalını artırıb.


Bozdağ-Qobu vulkanı, ilk dəfə 1827-ci ildə püskürüb. 1974-cü ildə bu vulkanın alovunun hündürlüyü 400 metrə qədər, hərarəti isə 1000 dərəcə selsidən çox olub. Eyni zamanda 300 min kub metr həcmində vulkan palçığı əraziyə yayılıb.


Bozdağ-Qobu vulkanının yaxınlığında yaşayan sakinlər hər an baş verə biləcək hadisədən qorxduqlarını bildirirlər.


Qeyd edək ki,Bozdağ-Qobu vulkanı ən təhlükəli vulkanlardan biri hesab olunur.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top