Bakıda polis rəisinin obyektində qanunsuz YOL NİŞANI — FOTO

HADİSƏ 17 fev 2019, 21:25

Bakının “Şamaxinka” kimi tanınan ərazidə qanunsuz yol nişanının quraşdırılması ilə bağlı tədbir görülüb.


Demokrat.az xəbər verir ki, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində yerləşən “Tantuni köz dönər” kimi tanınan obyektin sahibi qanunsuz parkinq nişanı quraşdırdığı üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılıb. 


Obyektin inzibatçısı Ziyafət Murtuza oğlu Mikayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə əsasən 400 manat məbləğində cərimələnib. 


Həmçinin qanunsuz quraşdırılmış nişan ərazidən götürülüb.


Bildirilir ki, qanunsuz parkinq nişanı quraşdırmış obyektin sahibi bir vaxtlar Bakının məşhur polis rəislərindən olan Məmməd Mikayılovdur. 


O, Suraxanı, Xətai, Nəsimi rayonlarının polis rəisi olub, eləcə də İnterpolun Bakı bürosuna rəhbərlik edib. Obyektin inzibatçısı dı M.Mikayılovun yaxın qohumudur.(Publika.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top