Rüstəm İbrahimbəyov qəfil Bakıya gəldi — Ziyalıları başına TOPLADI - FOTOLAR

HADİSƏ 17 fev 2019, 19:26

Tanınmış ziyalı, kinorejissor Rüstəm İbrahimbəyov 80 illik yubileyini keçirmək üçün Bakıya gəlib.


Demokrat.az xəbər verir ki, bu barədə rejissor Əli İsa Cabbarov sosial şəbəkədəki hesabında bildirib.


Onun restorandan keçirilən ziyafətdən paylaşdığı fotoda Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, professor Qulu Məhərrəmli, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu və başqa tanınmış şəxslər də yer alıb.


Q.Məhərrəmli Strateq.az-a açıqlamasında R.İbrahimbəyovun Bakıya döndüyünü təsdiqləyib.


Xatırladaq ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirak qərarından sonra Azərbaycana qayıtmaqdan imtina etmişdi.


Onun barəsində hər hansı cinayət araşdırması olmasa da, İbrahimbəyov həbs təhlükəsini nəzərə alıb Azərbaycana gəlmədiyini bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top