"Nə güclü ordunun, nə də çoxlu pulun xeyri yoxdur" — Ermənistan prezidenti Azərbaycanı HƏDƏLƏDİ

SİYASƏT 16 fev 2019, 20:59

"Nə qədər ki, bu dondurulmuş münaqişə həll olunmayıb, çox təhlükəli bir vəziyyət içərisindəyik”.


Demokrat.az xəbər verir ki, bu sözləri Ermənistan  prezidenti Armen Sərkisyan Almaniyanın Ruprext Karl Heydelberq Universitetinin müəllim və tələbə heyətinin Qarabağ münaqişəsinin həllinə  dair suallarını cavabalandırarkən bildirib.


"Şəxsən mənim üçün Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən  başqa variantı yoxdur.İstənilən digər variantlar faciəli olacaq. Fərqi yoxdur sən nə qədər güclüsən,  sənin nə qədər güclü  ordun var və müharibəyə nə qədər pul xərcləyəcəksən. İnanıram ki, münaqişənin həllində insani dəyərlərə və Qarabağ əhalisinin hüquqlarına üstünlük verilərək qərar qəbul olunacaq " - deyə Sərkisyan bildirib.News12.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top