"Siyavuş Novruzov hər zaman mübariz insan olub" — Birinci vitse-spiker deputat həmkarını TƏBRİK ETDİ

GÜNDƏM 16 fev 2019, 18:29

Milli Məclis Sədrinin birinci müavini, Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Prezident İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsindən danışıb. 


Ziyafət Əsgərov Demokrat.az-a açıqlamasında deputat həmkarı Siyavuş Novruzovu bu təltif və 50 illik yubileyi münasibətilə təbrik edib. 


Birinci vitse-spiker deyib:


"Mən möhtərəm cənab Prezidentimizə Siyavuş Novruzovu bu yüksək dövlət mükafatı ilə təltif etdiyi üçün dərindən minnətdarlığımı bildirirəm. 


Siyavuş müəllim həqiqətən dəyərli insandır. Ona görə də möhtərəm Prezidentimizin onu “Şöhrət” ordeni ilə təltif etməsi çox sevindirici addımdır. 


Mən Siyavuş müəllimə can sağlığı, yeni-yeni uğurlar arzu edirəm. O həqiqətən də bu böyük təltifə layiqdir. Siyavuş Novruzov Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, xalqımızın rifahının yaxşılaşması uğrunda mübarizə aparan insandır. O, hər zaman mübariz insan olub. Mən Siyavuş müəllimə ən xoş arzularımı çatdırıram". 

 

Image result for siyavuş novruzov


Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Milli Məclisin deputatı Siyavuş Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqda sərəncam imzalayıb.


Kənan Fuadlı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top