Rusiya azərbaycanlıları bəyanat yaydı

GÜNDƏM 16 fev 2019, 20:28

Rusiyada Azərbaycan diaspor təşkilatları son günlər Moskvada çeçenlər ilə azərbaycanlılar arasında baş verən təxribat ilə bağlı bəyanat yayıblar.


Diasporla İş üzrə Dövlət Komitəsindən Demokrat.az-a verilən məlumata görə, təşkilatların birgə bəyanatında bildirilir ki, baş verən hadisələr iki qardaş xalq arasında düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır: 


“Biz azərbaycanlılara və çeçen icmasının nümayəndələrinə müraciət edərək ağılagəlməz nəticələrə gətirib çıxara biləcək təxribatlara uymamağa və hər birimiz üçün çətin günlərdə daha sıx birləşməyə çağırırıq”-deyə bəyanatda bildirilir.


Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. Təqribən 70-100 nəfər iştirak insident zamanı ölən və xəsarət alanlar olub.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top