ABŞ-da silahlı atışma zamanı ölən və yaralananların sayı artıb

HADİSƏ 16 fev 2019, 13:08

ABŞ-ın İllinoys ştatının Avroraşəhərində baş vermiş atışma zamanı ölənlərin və yaralananların sayı artıb.


Demokrat.az-ın məlumatına görə, bu barədə “Associated Press” polisə istinadən xəbər verib.


Bildirilir ki, hadisə zamanı ölənlərin sayı 5 nəfərə çatıb. Hadisə zamanı həmçinin daha 6 nəfər yaralanıb. Yaralılar arasında polis əməkdaşları və mülki şəxslər də var.


Məlumata görə, hadisəni törədən şəxs zərərsizləşdirilib. O, şəhərin sənaye kompleksinin 45 yaşlı sakinidir.


Daha əvvəl ABŞ-ın Luiziana ştatında atışma nəticəsində 5 nəfər ölüb. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top