"ABŞ göndərdiyi humanitar yardımı zəhərləyib" — Maduro

DÜNYA 15 fev 2019, 23:23

"Amerika Birləşmiş Ştatları (ABŞ) göndərdiyi humanitar yardımı zəhərləyib və o, istehlak üçün yararsızdır".


Demokrat.az "Euronews"-a istinadla xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro bəyan edib.


O bildirib ki, ərzaq məhsulları konserogen kimyəvi maddələrlə zənginləşdirilib və onların istehlakı qida zəhərlənməsinə səbəb ola bilər.


Maduro əminliklə deyib ki, ABŞ və Venesuela müxalifəti ölkəni aşağılamaq məqsədilə əhaliyə humanitar yardım təqdim etmək istəyirlər, amma ölkə özü öz qayğısına qala bilər.


Xatırladaq ki, fevralın 10-da Kolumbiyanın Kukuta şəhərinə Venesuela vətəndaşları üçün humanitar yardımın ilk partiyası gətirilib. Ancaq Maduro hərbçilərə Kolumbiya ilə sərhədi bloklamaq və ərzaqla dolu yük maşınlarını ölkə ərazisinə buraxmamaq əmri verib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top