İlham Əliyevin imzasını saxtalaşdıran deputat köməkçisi saxlanıldı — QALMAQAL

HADİSƏ 15 fev 2019, 09:14

Rusiya polisi  32 yaşlı Dərbənt şəhər sakini Beytulla Cavadovu saxlayıb. 


Demokrat.az Rusiya KİV-nə istinadla xəbər verir ki, buna səbəb həmin şəxsin məmur vəzifələrinin satışı ilə məşğul olması olub.  


Bu günə onun fəaliyyətindən xəsarət almış 10 nəfər barədə məlumat var.  Fırıldaqçı bu fəaliyyəti müqabilində 15 milyon  rubl pul əldə edib, bu barədə məlumatı "Arqumenti i fakti" qəzeti yayıb. 


Məmur "vəzifələri"nin satışı  işinə  Cavadov Dağıstan Milli İclasının  deputatı  Leyla Kərimovanın köməkçisi olandan sonra qurşanıb. 


Adamları öz imkanlarına inandırmaq üçün o, həmin şəxslərə respublikanın birinci adamları ilə fotolarını, Rusiya prezidenti Putin və Azərbaycan prezidenti İlham Əliyevin imzası ilə guya ona verilmiş saxta fəxri fərmanları göstərirmiş. 


Təhsil nazirinin müavini  vəzifəsi üçün Cavadov 4 milyon rubl, rayon rəhbəri vəzifəsi üçün - 2-3 milyon rubl istəyibmiş . Baş nazir vəzifəsi isə 5 milyon rubl imiş.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top