Moskvada azərbaycanlılarla çeçenlər arasında kütləvi dava — VİDEO

HADİSƏ 15 fev 2019, 08:56

Moskvadakı kafelərdən birində azərbaycanlılarla çeçenlər arasında kütləvi dava baş verib. 


Demokrat.az xəbər verir ki, bu barədə 5-tv.ru portalı məlumat yayıb.


Hadisəyə çeçen gəncin mübahisə zamanı azərbaycanlını təhqir etməsi səbəb olub.


Daha sonra azərbaycanlının dostları həmin şəxsi taparaq, döyüblər. Şahidlərdən birinin sözlərinə görə, kütləvi dava da bu hadisənin davamı olub. 


O bildirib ki, 100 nəfərdən ibarət çeçen qrup azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” kafesinə gələrək qadınlardan restoranı tərk etməsini istəyiblər, daha sonra dava başlayıb. Hadisə zamanı travmatik tapançadan istifadə edilib. İnsident nəticəsində 2 nəfər xəsarət alıb.


Polis insidentin 20 iştirakçısını həbs edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top