Azərbaycanda milli sosial şəbəkə istifadəyə verildi

HADİSƏ 14 fev 2019, 19:48

"CityMap.az" dovlət idarələri, huquqi, habelə fərdi şəxsləri ozundə cəmləşdirən ilk milli sosial şəbəkədir. Bu il fevral ayının 10-da istifadəyə verilib. 


Demokrat.az xəbər verir ki, bu barədə Turan-a daxil olan məlumatda bildirilir.


Məlumatda deyilir ki, istənilən şəxs ozunu və ya təmsil etdiyi qurumu rahat şəkildə hec bir odəniş olmadan saytda qeydiyyatdan kecirə bilər. 


Sayt administrasiyanının muvafiq yoxlamaları və duzəlişlərindən sonra həmin kontent saytda oz əksini tapacaq. Saxta profillərdən saytı qorumaq ucun butun qeydiyyatdan kecən şəxslərdən rəsmi (şəkilli) sənəd təqdim etmələri tələb olunur.


Məlumatda saytın rəhbəri Vaqif Hüseynovun adından başqa onun təsisçiləri haqda bilgi yoxdur.


Bu hadisə Facebook və digər beynəlxalq şəbəkələrin təsirini azaltmaq məqsədilə milli sosial şəbəkənin yaradılmasının vacibliyi barədə söz-söhbətin və müzakirələrin fonunda diqqəti cəlb edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top