Hacıqabulda Birləşmiş Ərəb Əmirliyi vətəndaşı saxlanıldı — 2 min CƏRİMƏ OLUNDU

HADİSƏ 14 fev 2019, 17:40

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən  Hacıqabul rayonunun Pirsaat kəndi yaxınlığında icazəsiz ova cəhd edən əcnəbi vətəndaş saxlanılıb.


Demokrat.az ETSN-ə istinadən bildirir ki, araşdırma zamanı təqsirkar şəxsin Birləşmiş Ərəb Əmirliyi vətəndaşı Al Oud Mubarak Al Kaam Saeed Alameri olduğu məlum olub.


Faktla bağlı brakonyer barəsində  akt, protokol tərtib olunub  və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top