İranda cinsiyyətin dəyişilməsi ilə bağlı ŞOK STATİSTİKA

DÜNYA 14 fev 2019, 15:23

İranda ötən 10 il ərzində 5-6 min nəfər cinsiyyətini dəyişib.


Demokrat.az-ın məlumatına görə, bunu İranın Şərq qəzetinə açıqlama verən İran Cinsi problemlərdən əziyyət çəkən xəstələrə dəstək Cəmiyyətinin sədri Fərşid Məsudi deyib.


Məsudinin sözlərinə görə, dünya statistikalarında da fərqli rəqəmlər var.


O əlavə edib ki, İranın 80 milyonluq əhalisini nəzərə aldıqda, ölkədə 24 min transseksualın olduğunu təxmin etmək olar.


Qeyd edək ki, 1981-ci ildə İranın ali dini lideri Ayətulla Xomeyni cinsiyyətin dəyişilməsi ilə cərrahiyyə əməliyyatı haqda fitva verib.


2012-ci ildə təsdiqlənən Ailəyə Dəstək qanununa əsasən İranda cinsiyyəti dəyişmək üçün Ailə Məhkəməsinə müraciət edilməlidir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top