Deputatın qohumu olan direktor bu uşağı 153 saylı məktəbdən qovdu “Fond pulu” ÖDƏMƏDİYİ ÜÇÜN (VİDEO)

SOSİAL 14 fev 2019, 11:50

153 saylı tam orta məktəbdə təhsil alan şagirdlərdən birinin valideyni məktəb direktorundan şikayət edib.


Demokrat.az orman.az-a istinadən xəbər verir ki, valideyni uşağın məktəbdən səbəbsiz qovulduğunu deyir.

 

O, qeyd edir ki, məktəbin direktoru Təranə Paşayeva şagirdi dərsdə iştirak etmədiyinə görə təhsildən uzaqlaşdırdığını bildirir.


Lakin atası onu da əlavə edir ki, oğlunun dərsdə iştirak etmədiyi günlər üçün tibbi arayış alınıb. 


O, iddia edir ki, şagirdin dərsdən qovulmasının səbəbi məktəbə “fond pulu”, “mühafizə pulu” ödəməməsidir.


Qovulan şagirdin valideyni Təhsil Nazirliyinə və millət vəkili Qənirə Paşayevaya müraciət edib.

 

Картинки по запросу məktəbin direktoru Təranə Paşayeva


Ən ürəkdağlayan məqam isə şagirdin simasında görünür. Məsələnin bizə məlum olan tərəfi odur ki, azyaşlı ciddi psixoloji travma yaşayır.


Ümid edirik ki, Təhsil Nazirliyi valideynin bu çağırışına reaksiya verəcək, problemin dəqiq səbəbi analiz olunaraq məsələyə düzgün qiymət veriləcək.


Qeyd edək ki, 153 saylı tam orta məktəbin direktoru Təranə Paşayeva millət vəkili Qənirə Paşayevanın yaxın qohumudur.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top