Yasamalda evlərdən oğurluqlar edənlər saxlanıldı

HADİSƏ 13 fev 2019, 21:21

Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində evlərdən oğurluqlar edən şəxslər saxlanılıblar.

 

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da H.B.Zərdabi prospektindəki evlərin birindən 700 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Tağıyeva, fevralın 9-da isə 2-ci Alatava yaşayış sahəsindəki evlərin birindən 150 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.Adıgözəlov saxlanılıblar.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin ətrafında 29-cu Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini R.Məmmədovanın çantasından içərisində 300 manat, 200 avro və 30 lirə olan pulqabısını oğurlaması da müəyyən edilib.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top