İsgəndər Həmidov Qarabağ Komitəsindən istefa verdi — VİDEO

HADİSƏ 13 fev 2019, 19:18

Akif Nağı: "Bilmək olmaz hakimiyyətin layihəsi kimdir" 

 

Bu gün keçmiş daxili işlər naziri İsgəndər Həmidov yeni yaradılan Qarabağ Komitəsi İdarə Heyəti üzvlüyündən istefa verib. 


Demokrat.az xəbər verir ki, bununla bağlı qərar Qarabağ Komitəsinin bu gün keçirilən iclası zamanı verilib. 


İclasda çıxış edən İsgəndər Həmidov Qarabağ Komitəsindən istefa verdiyini açıqlayıb. 


Qarabağ Komitəsinin üzvü, Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı isə Demokrat.az-a açıqlamasında deyib ki, İsgəndər Həmidovun bu qərarı gözlənilməz olub:


"Mən bilmirəm ki, İsgəndər bəy niyə istefa verdi. Yaxşı olar ki, bu sualı onun özünə verəsiniz".


Akif Nağı Qarabağ Komitəsinin hakimiyyətin layihəsi olması barədə səsləndirilən iddilara da cavab verib:


"Hakimiyyətə bağlılığı olanlar parlamentdə oturub deputat seçilirlər. Biz isə 25 ildir küçələrdə döyülüb söyülürük. Bilmək olmaz hakimiyyətin layihəsi kimdir. Biz hakimiyyətin layihəsi olsaydıq, parlamentdə oturardıq. Ancaq İsgəndər Həmuidovun yanında olan adamlar zaman-zaman deputat seçiliblər". 

 


Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top