"Abel müəllimlə əlaqə saxlamaq istədim, ancaq zəngimə cavab vermədi" — Misir Mərdanov

GÜNDƏM 13 fev 2019, 17:46

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun səhhəti ilə bağlı açıqlama verib.


M.Mərdanov Unikal.org-a açıqlamasında Abel Məhərrəmovun xəstəxanaya yerləşdirilməsini təsdiqləyib:


“Vallah, mən də bu xəbəri ilk dəfə KİV-lərdə oxudum. Dərhal Abel müəllimin özü ilə əlaqə saxlamaq istədim, ancaq zəngimə cavab vermədi. Narahat olub, yenidən yaxınları ilə əlaqə saxladım. Bildirildi ki, Abel müəllim dünən səhər saatlarında özünü narahat hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib. Hazırda səhhəti normaldır. Həkim nəzarəti altındadır”.


Qeyd edək ki, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub və təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra dünən palataya köçürülüb.


Abel Məhərrəmovun səhhəti ilə bağlı həkimi açıqlama verib. Mərkəzi Klinik Xəstəxanasının baş həkimi, ürək-damar cərrahı Kamran Musayev açıqlamasında bildirib ki, Abel Məhərrəmovun səhhəti hazırda normaldır: 


“Abel müəllim dünən Mərkəzi Klinik Xəstəxanasına daxil olarkən təzyiqi yüksək idi. Buna görə, ona tibbi müdaxilə etdik. Dünən xəstəxanada həkim nəzarəti altında saxladıq və təzyiqi normallaşdı. Hazırda Abel müəllimin səhətində problem yoxdur, bu gün evə buraxılacaq”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top