"İslahatları öz adlarına çıxırlar ki, guya mitinqə görə bu addımlar atılıb" - Siyavuş Novruzov

SOSİAL 13 fev 2019, 16:15

"Azərbaycan əleyhinə işləyən qüvvələr, prezidentin son islahatlarını öz adlarına çıxmağa çalışırlar ki, guya bunlar mitinq keçirib deyə dəyişiklik oldu”.

 

Milli Məclisin fevralın 12-dı keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov belə deyib.

 

O bildirib ki, şəhid ailələrinə kompensasiya verilməsi məsələsi Azərbaycan Prezidentinin tapşırığı ilə araşdırıldıqdan sonra müvafiq addım atıldı. "Minimum əmək haqqı ilə bağlı da uzun müddət idi ki, proseslər gedirdi. Bütün ölkələrin təcrübəsini öyrəndikdən sonra bu istiqamətdə də bu mühüm addım atıldı və minimum əməkhaqqı 50 manat artırılaraq, 130 manatdan 180 manata qaldırıldı. Bir qrup şəxs, xaricdə oturub böhtan kampaniyası aparanlar isə bu addımları öz adlarına çıxıb, əhalini çaşdırmağa çalışırlar. İddia edirlər ki, guya mitinqdəm sonra bəzi addımlar atılıb. Bu, tamamilə yalandır. Prezident İlham Əliyev xalqın problemlərinin aradan qaldırılması üçün tapşırıqlar verir. Gənclərin müxtəlif dövlət vəzifələrinə təyinatı dövlət başçısının gənclər siyasətinə önəm verdiyini göstərir. Hər birimiz əsgər kimi bunları ictimaiyyətə çatdırmalıyıq”. (azxeber.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top