Marsa gediş üçün yol qiyməti açıqlandı

MARAQLI 13 fev 2019, 14:44

İnsanların qırmızı planetə aparılması istiqamətində NASA ilə rəqabət aparan “SpaceX” şirkətinin Baş direktoru, milyarder İlon Mask, nəhayət ki, kosmik səyahət üçün biletin təxmini qiymətini açıqlayıb.


Demokrat.az xəbər verir ki, İlon Mask Marsa getmək istəyənlərin ən az 500 min ABŞ dolları ödəməyə hazır olmasını bildirib.


Şirkətin rəhbərinin sözlərinə görə, ilk uçuşlar uğurla həyata keçərsə, zamanla  səyahət xərcləri 100 min dollara qədər azala bilər.


İlon Mask yumor hissi ilə qeyd edib ki, 500 min dollar təkcə gediş haqqıdır, kosmik səyahətçilərin geri qayıdışı pulsuz həyata keçiriləcək.


Kosmik səyahət həvəskarları İlon Maskın açıqladığı rəqəmdən məmnun olduqlarını bildiriblər və onlar bu qiymətin deyiləndən daha baha olacağını düşündüklərini ifadə ediblər.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top