Ağdərədə erməni əsgərinin ürəyi partladı öldü

HADİSƏ 13 fev 2019, 09:15

Dağlıq Qarabağda işğalçı ordunun hərbçisi, 19 yaşlı Frunzik Tamazyan Ağdərədə xəstəxanada ürəyin dayanmasından ölüb. 


Demokrat.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. 


İlkin məlumatlara görə, qoşunların təmas xəttinin şimal-şərq istiqamətində hərbi hissələrdən birində müddətli hərbi xidmətdə olan əsgər çox ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər ona “kəskin ürək çatışmazlığı” diaqnozu qoyublar.


“Həkimlərin səylərinə baxmayaraq, təxminən saat 20:30-da hərbçinin bioloji ölümü qeydə alınıb”, – məlumatda deyilir.


Hadisənin təfərrüatları araşırılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top