Paytaxtda bu avtobuslarda pulsuz Wi-Fi var

SOSİAL 12 fev 2019, 21:07

Bakıda 18 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar pulsuz Wi-Fi xidmətinə qoşulub.

 

Demokrat.Az-ın məlumatına görə, “Xaliq Faiqoğlu” MMC-nin “Safcell” şirkəti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində 2 aylıq test mərhələsi uğurla başa çatıb və avtobuslarda pulsuz Wi-Fi xidmətinin qoşulmasına başlanılıb.

 
İlkin olaraq 18 saylı marşrut xətti üzrə hərəkət edən və Avro-5 standartlarına cavab verən avtobusların hamısı bu cihazlarla təmin edilib.

 

Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internet imkanından faydalana bilərlər. Belə ki, MMC-yə məxsus olan hər hansı avtobusda pulsuz Wi-Fi xidmətinə qoşulmuş şəxslər şirkətin istismarında olan digər marşrut xətlərindən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq.

 

Qeyd edək ki, bu günlərdə “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan və “BakıKart” sisteminə qoşulmuş digər xətlərdə də Wi-Fi cihazları quraşdırılacaq.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top