İlham Əliyevdən YENİ TƏYİNAT

HADİSƏ 12 fev 2019, 17:45

Azərbaycan prezidenti İlham Əliyev Rəvan Vaqif oğlu Həsənovun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.


Demokrat.az xəbər verir ki, müvafiq sənədi AZƏRTAC dərc edib.


Rəvan Həsənov bu təyinatadək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktor əvəzi olaraq çalışıb.


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan prezidentinin 15 may 2014-cü il tarixli fərmanı ilə yaradılıb. 

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top