“İdman-Azərbaycan”a yeni rəhbər təyin olundu

İDMAN 12 fev 2019, 15:07

"İdman-Azərbaycan” telekanalının rəhbərliyində dəyişiklik baş verib. 

 

Demokrat.Az strateq.az-a istinadən xəbər verir ki, AzTV sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədovun sərəncamı ilə tanınmış idman şərhçisi Siyavuş Əliyev "İdman-Azərbaycan” telekanalının direktor əvəzi təyin olunub.

 

Əliyev açıqlamasında xəbəri təsdiqləyib.

 

Qeyd edək ki, bu ay "İdman-Azərbaycan”ın yaradılmasının 10 ili tamam olub. Əliyev telekanal yaranan ilk günlərdən orada fəaliyyət göstərir. İndiyədək "İdman-Azərbaycan”ın direktor əvəzi Fərman Orucov idi.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top